Son həftədə zərərsizləşdirilən terrorçuların sayı açıqlandı

DÜNYA 25 apr 2024, 19:20
Türkiyədə son bir həftə ərzində həyata keçirilən əməliyyatlarda daha 54 terrorçu zərərsizləşdirilib.

Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2024-cü il yanvarın 1-dən indiyədək İraqın şimalında 360, Suriyanın şimalında 442 olmaqla 802 terrorçu zərərsizləşdirilib. 

Aparılan qətiyyətli əməliyyatlar nəticəsində Şimali İraqdakı sığınacaqlarından qaçan daha iki PKK terrorçusu aprelin 21-də Habur sərhəd məntəqəsinə təslim olub.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top