Atasının həbsindən sonda Safurə ilk dəfə övladları ilə FOTO PAYLAŞDI

ŞOU-BİZNES 30 iyl 2020, 11:23

“Eurovision” mahnı müsabiqəsinin iştirakçısı, tanınmış müğənni Safurə Əliyeva uzun müddət sonra sosial şəbəkədə fotolar paylaşıb.


Demokrat.az xəbər verir ki, Safurə instaqram hesabında övladları ilə görüntüləndiyi fotolar paylaşıb. Həmişə olduğu kimi fotoları paylaşaraq şərh bölümün bağlı saxlayan müğənni izləyicilərin marağına səbəb olub.


Xatırladaq ki, bir müddət öncə Xarici İşlər Nazirliyinin (XİN) bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilərkən saxlananalardan biri - XİN-in İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Safurənin atası Səlim Əlizadə olub. Həmin hadisədən sonra Safura sosial mediadakı hesablarının heç birində paylaşım etməyib.


Qeyd edək ki, Safurə Əliyeva mərhum Energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə qurub. Onun bu evlilikdən üç övladı var.(big.az)

Atasının həbsindən sonda Safurə ilk dəfə övladları ilə FOTO PAYLAŞDI
Atasının həbsindən sonda Safurə ilk dəfə övladları ilə FOTO PAYLAŞDI
Atasının həbsindən sonda Safurə ilk dəfə övladları ilə FOTO PAYLAŞDI

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top