Şamaxıda iki bələdiyyə sədri cərimələndi

HADİSƏ 23 iyl 2020, 13:03

Ədliyyə Nazirliyi Şamaxı rayonunun Şamaxı və Birinci Çaylı bələdiyyələrinin sədrləri barəsində inzibati protokol tərtib edib.


“Report”un əldə etdiyi məlumata görə, İnzibati Xəttalar Məcəlləsinin 549.2-ci (Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə) maddəsi ilə tərtib edilən protokollara Şamaxı Rayon Məhkəməsində baxılacaq. 


Bu inzibati xətaya görə, vəzifəli şəxslər 400 manatdan 600 manatadək cərimə edilir.


Qeyd edək ki, Azərbaycanda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan Ədliyyə Nazirliyidir. 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top