Emin Ağalarovdan Rusiyada yaşayan məşhur azərbaycanlılara təşəkkür — VİDEO

HADİSƏ 18 iyl 2020, 23:45

“Son günlər Azərbaycan sərhədində baş verən hadisələrlə bağlı xəbərləri izləyir və narahatlıq keçiririk”. 


Bunu “Instagram” hesabında Xalq artisti Emin Ağalarov deyib. 


O bildirib ki, Rusiyada yaşayan, azərbaycanlı artistlər və bloqerlərlə birlikdə sevimli Vətənimizə dəstəyimizi göstərdik və bunu eyni anda etmək qərarını verdik:


“Kimlərlə bizim susmağımızdan narahat oldular. Ancaq bu fasiləni mən xahiş etdim, çünki 100 milyonlarla auditoriyamız qarşısında birlikdə çıxmağımız düzgün idi. 


Prezidentin çıxışına qulaq asmaq və ölkənin siyasi kursunu başa düşmək vacib idi. Lazımı çıxış hazırlandıqdan sonra biz hamımız öz paylaşımlarımızı etdik. 


Dostlar, təşəkkür edirəm. Siz qanınızla və ruhunuzla azərbaycanlısınız və əsl vətənpərvərsiniz!”


Xatırladaq ki, iki gün öncə Emin Ağalarovla yanaşı, bloqer Hüseyn Həsənov, müğənnilər Jony kimi tanınan Cahid Hüseynli, Emil Kadırov, Rauf və Faiq Mirzoyev, Bəxtiyar Məmmədov (Jah Khalib), “Weel” ləqəbli Vilayət Niftalıyev, “Ellai” kimi tanınan Elvin Əliyev, Babək Məmmədrzayev, Bəxtiyar Əliyev (Bahh Tee), repçilər Aleksandr Əliyev, “Navai” təxəllüsü ilə tanınan Nəvai Bəkirov, Xalq artisti Elçin Əzizov Azərbaycana dəstəklərini nümayiş etdiriblər.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top