Hindistanda koronavirusa yoluxanların sayı 1 milyonu ötdü

DÜNYA 17 iyl 2020, 10:52

Hindistanda son sutkada 34 900-dən çox insana COVID-19 diaqnozu qoyulub.


Demokrat.az xəbər verir ki, bunu ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyi açıqlayıb.


Bildirilib ki, ölkə üzrə yoluxanların ümumi sayı 1 003 832 nəfərə yüksəlib. Cənubi Asiya ölkəsində son sutkada 687 nəfər pandemiyanın qurbanı olub. Pandemiya qurbanlarının sayı 25 602 nəfərə çatıb.


Məlumata görə, hazırda xəstəxanalarda 342 473 pasiyent müalicə alır, 635 756 nəfər isə sağalaraq evə buraxılıb.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top