Dünya

Rus qırıcıları Türkiyənin nəzarətindəki bölgəni vurdu — Ölən var

Rus qırıcıları Türkiyənin nəzarətindəki bölgəni vurdu — Ölən var

Rus hərbi təyyarələri Suriyanın şimalındakı Türkiyə nəzarətindəki yaşayış yerlərinə hava hücumu gerçəkləşdirib.

Demokrat.az xəbər verir ki, ilk məlumatlara görə hücum nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb.

Yaralıların içində uşaqların da olduğu bildirilir. Ölü və yaralıların artma ehtimalı olduğu qeyd olunub.

Sözügedən Bab bölgəsini Türkiyə ordusu və Suriya Milli Ordusu 2017-ci ildə İŞİD işğalından azad etmişdi.(metbuat.az)

D
demokrat.az