Atışma zamanı polislər həlak oldu

DÜNYA 12 iyl 2020, 09:22

ABŞ-ın Texas ştatının Mak-Allen şəhərində baş verən atışma nəticəsində 2 polis əməkdaşı həlak olub.

 

Demokrat.az-ın məlumatına görə, bu barədə polisə istinadən ABC telekanalı bildirib.

 

Qed edilir ki, polislər yaralı vəziyyətdə çatdırıldıqları yerli xəstəxanada ölüblər. Məlumata görə, onlar çağırışa gəliblər. Bu zaman atışma olub.

 

Atışmadan sonra hadisə yerinə başqa polislər göndərilib. Onlar asayiş keşikçilərini güllələmiş şəxsə silahı yerə qoymağı əmr ediblər. Şübhəli şəxs bu zaman intihar edib.

 

Mal-Allenin meri Cim Darlinq polislərin həlak olması ilə əlaqədar təəssüfünü ifadə edib.(Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top