Azərbaycan Ordusunda koronavirusa yoluxma varmı? — AÇIQLAMA

HADİSƏ 10 iyl 2020, 19:15

Azərbaycan Ordusunda koronavirusa yoluxma faktı qeydə alınmayıb.

 

Demokrat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi Hikmət Hacıyev deyib. 

 

H.Hacıyev bildirib ki, pandemiya ilə əlaqədar Azərbaycan ordusunda bu məsələ ciddi nəzarətdə saxlanılır: 

 

“Bu gün Azərbaycanın müdafiə naziri, general polkovnik Zakir Həsənov ilə bu məsələ barəsində danışmışam. Söhbət zamanı nazir orduda heç bir yoluxma faktının olmadığını deyib. Yalnız Əfqanıstandakı Sülhməramlı qüvvələrimiz arasında bir hərbçimizdə virus aşkarlanıb. O da dərhal Azərbaycana gətirilərək karantinə götürülüb. Bu gün orduda vəziyyət tam nəzarətdədir. Hərbi hissələrin tibb xidmətləri, hərbiçiləri arasında testlər aparılır. Vəziyyətə xüsusi nəzarət olunur".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top