Azərbaycanda koronavirusdan antirekord ölüm — RƏSMİ

GÜNDƏM 09 iyl 2020, 19:36

Azərbaycanda 548 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 491 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.


Bu barədə Demokrat.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.


COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.


Hazırkı dövrədək ölkəmizdə 22 464 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 13 591 nəfər müalicə olunaraq sağalıb, 284 nəfər vəfat edib, 8 589 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top