Millimizin futbolçusu koronavirusa yoluxub?

İDMAN 08 iyl 2020, 10:57

Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşovun çıxış etdiyi ABŞ "Finiks Rayzinq" komandasının daha 3 üzvü koronavirusa yoluxub.


"Report"un məlumatına görə, bu barədə klubun baş direktoru Bobbi Dall yerli mətbuata açıqlamasında deyib.


O bildirib ki, 3 oyunçudan 2-si xəstəliyi simptomsuz keçirir. Digərində isə yüngül əlamətlər müşahidə olunur.


Test nəticəsi müsbət çıxmış futbolçular 10 günlük məşqlərdən kənarlaşdırılıb və şənbə günü "Los Anceles Qelaksi II"yə qarşı oynamayacaqlar.


B.Dall koronavirus aşkarlanan futbolçuların adlarını açıqlamayıb.


"Finiks Rizinq" məşqləri bərpa etdikdən sonra ümumilikdə 8 futbolçuda koronavirus aşkarlanıb. Onlardan 5-i tam sağalaraq komandaya qoşulublar. Digər 3 oyunçunun müalicəsi isə davam edir.


Qeyd edək ki, Rüfət Dadaşov USL müntəzəm çempionatının I turunda "Portlend Timbers"ə 6:1 hesabı ilə qalib gəldikləri matçda het-trik edib. Hücumçu "Finiks Riyzinq"ə yanvarın 11-də Almaniyanın "Pröyssen Munster" klubundan keçib. ABŞ-da MLS və USL çempionatları martın 13-də dayandırılıb. 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top