Bakıda YPX əməkdaşları ilə icazəsi ləğv edilən taksi sürücüsü arasında mübahisə — VİDEO

HADİSƏ 07 iyl 2020, 16:37

Bakıda Yol-Patrul Xidmətinin (YPX) əməkdaşları ilə taksi sürücü arasında mübahisə baş verib. 


Demokrat.az xəbər verir ki, bununla bağlı video sosial şəbəkədə yayımlanıb. 


Videonu çəkən şəxs iddia edir ki, taksi sürücüsünün icazə.e-gov.az portalında icazəsi ləğv edilib və onun bundan xəbəri olmayıb. 


Yol polisi əməkdaşları Heydər Əliyev prospektində avtomobili saxlayıb və yoxlama zamanı həmin şəxsin portalda icazəsinin olmadığını müəyyən ediblər. 


Sürücü buna qarşı sərt reaksiya verib.


Mübahisənin sonunda YPX əməkdaşları sürücünü xidməti maşına əyləşdiriblər. 


Həmin görüntüləri təqdim edirik:(oxu.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top