Ucarda 2 uşaq anası özünü asdı

HADİSƏ 06 iyl 2020, 23:57

Ucar sakini intihar edib.


APA-nın xəbərinə görə, rayonun Pirkənd kənd sakini, 1986-cı il təvəllüdlü, 2 uşaq anası Güllü Bahadur qızı Həşimova yaşadığı evin həyətində özünü asaraq intihar edib.


Qonşuların dediyinə görə, ailədə heç vaxtı söz-söhbət, dava olmayıb.


İntiharın hansı səbəbdən baş verməsi hələlik məlum deyil.


Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top