"Jurnalistlər poliklinikası yaradılsın" — TƏKLİF

SOSİAL 05 iyl 2020, 20:15

“Mətbuatın 145 illiyi ərəfəsində bəlkə “Jurnalistlər poliklinikasının və ya “Jurnalistlər klinikası“nın yaradılması üçün də dövlətə müraciət olunsun?!”

 

Demokrat.az xəbər verir ki, bu təkliflə tanınmış telejurnalist Rüstəm Əbülfətoğlu çıxış edib. O bildirib ki, “Hər halda bu gün Azərbaycan mediası böyük bir ordudur və sənayedə minlərlə jurnalist çalışır. Üstəlik onların özləri qədər də tibbi qayğıya ehtiyacı olan ailə üzvləri vardır…

 

Məncə bu, pandemiya şəraitində azad sözün real mühafizəsi və jurnalistlərin sağlamlığının qorunması istiqamətində dünya üçün də Azərbaycan hökumətinin növbəti nümunəvi sosial layihələrindən olar”.

 

P.S Bu sadəcə bir təklif və təşəbbüsdür. İstənilən jurnalist təşkilatı bu ideya ilə müraciət hazırlamaqda tam sərbəstdir. Əsas nəticədir!

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top