Suriyada ABŞ-a məxsus hərbi texnika hücuma məruz qalıb.
Yeniavaz.com "Sözcü" yə istinadən xəbər verir ki, hadisə Deyr əz-Zor bölgəsinə məxsus olan Əl-Sabha kəndində baş verib.
Yerli mənbələrin verdiyi məlumata əsasən, ABŞ hərbi texnikasına yanacaq doldurma məntəqəsindən keçərkən hücum edilib.
Hadisə nəticəsində ölən və yaralananların olub-olmaması ilə bağlı heç bir məlumat verilməyib.