Qadağan olunan saytlara necə girə bilərik? — Çox asandır… — VİDEO

MARAQLI 02 iyl 2020, 12:46

Xəbər verdiyimiz kimi, dünən Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan ölkədə sosial şəbəkələrin bağalana biləcəyi barədə açıqlama verib. 


Ərdoğan açıqlamasında deyib ki, Türkiyədə "Youtube", "Twitter" və "Netflix"in tamamilə bağlanması üçün tədbirlər  görüləcək.


Yeniavaz.com xəbər verir ki, Türkiyə prezidentinin bu açıqlması sosial şəbəkələrdə və mətbuatda ən çox müzakirə olunan mövzulardan biri olub.


Hər gün minlərlə, milyonlarla insanın istifadə etdiyi "Youtube", "Twitter" və "Netflix"in kimi internet resurslara girişi bağlamaq mümkündürmü?
Məlumat üçün bildirək ki, İnformasiya Kommunikasiya Texnologiyalarının  (İKT) mövcud inkişaf səviyyəsi internet resurslara girişi texniki olarak bağlamağa imkan vermir.


Əgər avadanlıqların (kompyuter, telefon və s.) internet şəbəkəyə çıxışı varsa bu zaman "Youtube", "Twitter" və "Netflix"in kimi istənilən açıq internet resursa daxil olmaq mümkündür.


Hazırda VPN (Virtual Private Network - Virtual Özəl Şəbəkələr) olaraq adlandırılan vasitə ilə girişinə qadağa qoyulan internet resurslara daxil olmaq mümkündür.


VPN – internet şəbəkəsində məlumatları virtual tunnel vasitəsi ilə şifrləyərək ötürən əlaqə vasitəsidir. Məlumatlar şifrələnmiş şəkildə ötürüldüyü üçün istifadəçilərin hansı internet resursa daxil olduğunu da müəyyən etmək olmur.


VPN tətbiqindən həm pulla, həm də pulsuz olaraq istifadə etmək mümkündür. Hazırda internet istifadəçilərinə yüzlərə VPN tətbiqi təqdim edilir. Bu VPN tətbiqləri sürətindən, təhlükəsizliyindən və digər amillərdən asılı olaraq bir-birindən fərqlənir. Artıq “Google Chrome” və “Opera” kimi məşhur brauzerlər də istifadəçilərinə pulsuz VPN tətbiqləri təqdim edirlər.


VPN tətbiqindən istifadə isə olduqca asandır və bunula bağlı internet resurslarda yüzlərlə maarifləndirici məlumatlar, videoroliklər var.


Nümunə üçün aşağıdakı video-rolika baxa bilərsiniz…

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top