Heç bir döyüşdə məğlub olmayan gənc boksçu vəfat etdi

İDMAN 02 iyl 2020, 10:05

Meksikanın 21 yaşlı boksçusu Havyer Qonsales vəfat edib.


Demokrat.az xəbər verir ki, bu barədə “Boxingscene” nəşri bildirib.


Qeyd edilir ki, gənc və perspektivli idmançının ölümünə onkoloji xəstəlik səbəb olub. 2019-cu ildə onun boynunda və qasıq sümüyünün limfatik düyünlərində şişlər aşkar edilib.


Qonsales peşəkar rinqdə 15 döyüş keçirib. O, bu döyüşlərin hər birində qələbə qazanıb.


Havyer Qonsales həmçinin üç dəfə Meksika çempionu olub. Yüngül çəkidə çıxış edən idmançı boksla məşğul olduğu illər ərzində 180-dən çox həvəskar döyüşdə iştirak edib.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top