Azərbaycanda iş adamı yol qəzasında öldü

HADİSƏ 01 iyl 2020, 11:42

Salyanda baş verən yol qəzasında sürücü ölüb.

 
Demokrat.az xəbər verir ki, hadisə ötən gecə saatlarında Salyan rayonunun Qırxçıraq kəndi ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Ruslan Tofiq oğlu Abdullayevin idarə etdiyi “Toyota” markalı, 90 BK 939 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü hadisə yerində ölüb.


Faktla bağlı Salyan rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 
Qeyd edək ki, qəzada ölən R.Abdullayev Salyanda fermer fəaliyyəti ilə məşğul olub. O, ferma işlədirmiş.(apa.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top