Paytaxt polisinə yeni rəis müavini TƏYİN EDİLDİ

HADİSƏ 27 iyn 2020, 21:15

Bakı Şəhər Baş Polis İdarəsinə yeni rəis müavini təyin edilib. 


Demokrat.az "Strateq.az" saytına istinadla xəbər verir ki, Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazovun əmriylə bu vəzifəyə polis polkovniki Vüqar Ələkbərov təyin edilib.


Xatırladaq ki, Vüqar Ələkbərov polis sistemində yüksək intellekti ilə seçilən milli kadrlardan sayılır.


1975-ci ildə anadan olan V.Ələkbərov Azərbaycan Polis Akademiyasını fərqlənmə diplomuyla bitirib, uzun müddət Polis Akademiyasında müəllim, daha sonra isə BMCMİ-də mühüm vəzifələrdə işləyib.


Sonuncu təyinatına qədərsə BŞBPİ-nin Təşkilati-İnspektor İdarəsinin rəisi olub.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top