“Mən koronavirusa yoluxmamışam, pnevmoniya olmuşam” — Təhsil Şöbəsinin müdiri

SOSİAL 25 iyn 2020, 12:02

“Mən koronavirusa yoluxmamışam, ümumiyyətlə bununla bağlı test belə verməmişəm”

 

Bu sözləri Yeniavaz.com saytına açıqlamasında Mingəçevir şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədov deyib.


O bildirib ki, səhhətində narahatçılıq hiss etdiyinə görə, 4 gündür ki, işə çıxmır: 


“Koronavirusa yoluxmamışam pnevmoniya olmuşam, hazırda evdə qonaqlarım var onlarla məşğulam”.


Qeyd edək ki, APA informasiya agentliyi Mingəçevir şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədovun koronavirusa yoluxması ilə bağlı xəbər yayıb.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top