Razi Nurullayev: "İnsanları inzibati yolla nəyəsə məcbur edəndə alınmır" — VİDEO

GÜNDƏM 24 iyn 2020, 17:06

"Hər bir kəsin şəxsi, fərdi məsuliyyəti var. Hər bir Azərbaycan ailəsi öz yaxınlarına, əzizlərinə görə məsuliyyət daşıyır və buna görə də, onların həyatını qorumalıdır. İnsanları inzibati yolla nəyəsə məcbur edəndə alınmır".


Demokrat.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Razi Nurullayev AzTV-nin efirində deyib.


O, bildirib ki, Azərbaycanda ortada qətiyyətli mövqe vardı və ən az yoluxma sayı olan ölkələr sırasında idi:


“Lakin birinci karantin dövründən sonra qəbul edilən yumşaldılmalarda yoluxma sayı artmağa başladı. Bunun məsuliyyəti həm də vətəndaşın üzərinə düşür. Çünki mən bir neçə dəfə iri ticarət mərkəzlərində oldum və gördüm ki, insanlar maskadan düzgün istifadə etmirlər. Onlar tənəffüs yollarını örtməkdənsə, maskanı çənə altında saxlayırlar”.(yeniavaz.com)

 


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top