Nazir onunla eyni vaxtda general rütbəsi alan məmuru sərəncama götürdü

SOSİAL 23 iyn 2020, 13:45

Nazir Mikayıl Cabbarov İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin sabiq rəisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri (general-mayor) Xəqani Qara oğlu İsgəndərovu sərəncama göndərib.


“MediaPost”un əldə etdiyi məlumata görə, bu qərar Xəqani İsgəndərovun öz istəyi ilə verilib.


Xatırladaq ki, 11 fevral 2019-cu il tarixində Prezident İlham Əliyev sərəncamı ilə, Mikayıl Cabbarova 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri (general-leytenant) xüsusi rütbəsi, Xəqani İsgəndərov 3-cü dərəcəli dövlət ədliyyə müşaviri (general-mayor) xüsusi rütbəsi verilib.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top