Elza Seyidcahanın vergi borcu var — MƏBLƏĞ

ŞOU-BİZNES 23 iyn 2020, 13:40

Azərbaycanın Əməkdar artisti, tanınmış müğənni Elza Seyidcahanın dövlət büdcəsinə vergi borcu var. 


Yeniavaz.com-un apardığı araşdırmaya görə, Elza Seyidcahanın (Qasımova Elza Nuru qızı) bugünə kimi dövlət büdcəsinə 3 min 528 manat 50 qəpik vergi borcu yaranıb. 


Onu da bildirək ki, dövlət büdcəsinə vergi borcu olan müğənnilərdən biri də Xalq artisti Brilliant Dadaşovadır. Brilliant Dadaşovanın (Dadaşova Brilliant Süleyman qızı) dövlət büdcəsinə olan borcu Elza Seyidcahanla müqayisədə olduqca azdır. Xalq artisti büdcəyə cəmi 8 manat 12 qəpik vergi borcu var.


Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top