“Karantin qaydalarını pozanlar xəstəxanalarda sanitar, xadimə kimi işlədilməlidir” — Həkim

SOSİAL 23 iyn 2020, 11:25

“SARS-COV-2 pandemiyasına qalıb gəlməyin birinci yolu, qızıl qaydası insanların inamından keçir. İnsanları bu virusun varlığına və COVID-19 xəstəliyinin təhlükəli olmasına qısa müddətdə inandırmağın yollarını göstərməyi özümə bir həkim, bir vətəndaş kimi borc bilirəm”.

 

Demokrat.az xəbər verir ki, bunu Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm deyib.

 
“İlk olaraq karantin rejimini pozanları məhkəmə qərarları əsasında 50-200 saat ictimai işlərə cəlb edilməsi və xüsusi rejimli koronavirus xəstəxanalarında sanitar, xadimə, porter, texniki işçi və sair qismində polis nəzarətində işlədilməsi lazımdır. Bu proses mətbuatda, televiziyalarda geniş işıqlandırılmalıdır” – Ə.Rüstəm qeyd edib.(teleqraf.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top