Minik maşını yük maşını ilə toqquşub, ölən və xəsarət alanlar var — FOTOLAR

HADİSƏ 21 iyn 2020, 23:44

Tərtərdə sürücünün ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Qaraqoyunlu kəndi ərazisində qeydə alınıb.


Kənd sakini, 1963-cü il təvəllüdlü Məmmədov Təhməz Akif oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomobil hərəkətdə olan yük avtomobili ilə toqquşub. 


Nəticədə "Jiquli"nin sürücüsü T.Məmmədov hadisə yerində dünyasını dəyişib, yük avtomobilində olan sərnişin və sürücü isə ağır bədən xəsarətləri ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, vəziyyətləri ağırdır.


Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top