Tbilisidə kütləvi aksiya keçirilir

DÜNYA 20 iyn 2020, 21:14

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında kütləvi aksiya keçirilir.


"Report"un yerli bürosu xəbər verir ki, "Birgə işğala qarşı" şüarlı mitinq 20 iyun 2019-cu il hadisələrinin ildönümünə həsr olunub.


Mitinqdə icimai fəallar və müxalifət partiyalarının nümayəndələri iştirak edirlər. Təşkilatçılar dezinfeksiyaedici vasitələr də gətiriblər. Tibbi maskada olan iştirakçılar arasında sosial məsafə də saxlanılır.


Aksiya səbəbindən Rustaveli prospekti avtomobillərin hərəkəti üçün bağlanıb. Əraziyə polis əməkdaşları cəlb olunub.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top