Şəhriyar koronavirusdan sağaldı

ŞOU-BİZNES 17 iyn 2020, 08:56

Bir müddət əvvəl koronavirusa yoluxan yazıçı-şair Şəhriyar Del Gərani evə buraxılıb.


Demokrat.az xəbər verir ki, bu barədə şairin özü feysbuk hesabında yazıb.


"Dünənki təkrar müayinədən sonra "Yeni Klinika” tibb müəssisəsinin direktoru Pərviz Abbasov tərəfindən səhhətim asimptomatik dəyərləndirildi və ambulator müşahidəyə göndərildim. Bu gündən etibarən ev şəraitində özümü bir müddət izolyasiya etməliyəm", - deyə o, qeyd edib.


O, hazırda özünü sağlam və yaxşı hiss etidyini bildirib: "Covid-19-la mübarizədən qalib ayrıldım. Amma dünyada və doğma məmləkətimizdə bu görünməz düşmənlə mübarizə davam edir. Allah bütün xəstələrimizə şəfa versin, mübarək diyarımız Azərbaycan bu amansız sınaqdan üzüağ, minimum itkiylə çıxsın".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top