Dünya

ABŞ-da 4 nəfər edam olunacaq

ABŞ-da 4 nəfər edam olunacaq

ABŞ-da 2003-cü ildən bəri ilk dəfə edam hökmü federal səviyyədə bərpa ediləcək.

Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, məhkəmələr uşaq qətlində təqsirləndirilən 4 nəfər barədə ölüm hökmü çıxarıb. Bundan başqa, onlardan ikisi azyaşlıya qarşı təcavüzdə də ittiham olunur.

Cinayətkarlar iyulun 13-ü, 15-i və 17-si, həmçinin avqustun 28-də edam ediləcəklər.

Qeyd edək ki, ABŞ-da sonuncu dəfə federal səviyyədə ölüm hökmü 2003-cü ildə icra olunub. Daha sonra ölkədə ölümcül inyeksiyanın tətbiqi qaydaları federal səviyyədə razılaşdırılmadığından qeyri-rəsmi moratorium qüvvədə idi. Bununla belə, ali cəza tədbiri ştatlar səviyyəsində tətbiq edilir.(report.az)

D
demokrat.az