Portlenddə ABŞ prezidentinin abidəsi aşırıldı

DÜNYA 15 iyn 2020, 18:10

Afroamerikalı Corc Floydun Minneapolisdə polis tərəfindən saxlandıqdan sonra ölməsinin ardından ABŞ-ın bütün şəhərində başlayan nümayişlərin iştirakçıları Portlenddə ölkənin üçüncü prezidenti Tomas Ceffersonun (1801-1809) abidəsini aşırıblar.


Bu barədə “Report” xarici KİV-ə istinadən xəbər verir.


Abidə şəhərin şimalında Cefferson adına liseyə girişin qarşısında quraşdırılmışdı.


Aksiya iştirakçıları aşırılmış abidə üzərində “qul sahibi” sözləri yazıblar, abidənin kənarına isə üzərində “qaradərili qadınlar məni ruhlandırır” yazılmış plakat qoyublar.


Qeyd olunur ki, bu, Portlenddə xəsarət yetirilmiş üçüncü abidədir.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top