Hadisə

Bakıda küçədən gənc kişi meyiti tapıldı

Bakıda küçədən gənc kişi meyiti tapıldı

Bakının mərkəzində, Dilarə Əliyeva küçəsi, ev 190 ünvanında üzərində zorakılıq əlamətləri aşkar edilməyən kişi meyiti tapılıb.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Tezliklə Nəsimi rayonu 22-ci polis bölməsinin əməkdaşları tərəfindən kişinin şəxsiyyəti müəyyən edilib. Bu, 1983-cü il təvəllüdlü İnaid Kərimov olub.

Hazırda rayon prokurorluğu ölümün səbəblərini və hadisənin hansı şəraitdə baş verdiyini aydınlaşdırmağa çalışır.

Demokrat.az

D
demokrat.az