Telman İsmayılov: “Müxalifətin “plintusdan” aşağı düşdüyünü gözləmirdim”

GÜNDƏM 15 iyn 2020, 09:55

Sosial şəbəkələrdə Monteneqroda yaşayan Azərbaycan əsilli rus oliqarxı Telman İsmayılovun adından qalmaqallı bir bəyanat yayılıb.


Bu barədə Telman İsmayılovun özü açıqlama verib. Bu video çarxlarda Telman İsmayılov bir neçə il əvvəl rusiyalı jurnalistlərin suallarını cavablandırır.


Ancaq Telman İsmayılovla bu məşhur müsahibədən bir şəkil qoyaraq kadrarxası səsli mətn yerləşdirilib. Kadrarxası mətndə müəlliflər Telman İsmayılovun adından Yasamal rayonunda polislə yerli sakinlər arasında baş verən hadisə ilə bağlı vəziyyəti şərh edirlər.

 
“Qəti etirazımı bildirirəm. Azərbaycanda müxalifətin bu qədər, “plintusdan” aşağı düşdüyünü gözləmirdim. Sonuncu dəfə jurnalistlərə bir neçə il əvvəl müsahibə vermişdim. Hazırda mən bu adamı axtarıram. Onun kim olduğundan şübhələnirəm. Qoy bu “kişi” cavab versin. Hərçənd kişi olmadığına görə, cavab verməyəcəyini bilirəm", - deyə T.İsmayılov vurğulayıb.(virtualaz.org)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top