Şəbnəm Tovuzlu: “Heç kim məni “toy müğənnisidir” deyə ittiham edə bilməz” — VİDEO

ŞOU-BİZNES 13 iyn 2020, 23:03

“22 yaşımdan gözəl sənətkarlarla birlikdə ağır və məsuliyyətli toylar aparmışıq. Toylarda püxtələşən Şəbnəm Yaşıl teatrda da konsert verib. Konsert və efir mahnılarım var. Heç kim məni “toy müğənnisidir” deyə ittiham edə bilməz”.


Demokrat.az xəbər verir ki, bu sözləri məşhur müğənni Şəbnəm Tovuzlu ATV telekanalında yayımlanan “Gündən-günə” musiqili-əyləncəli proqramında qonaq olarkən deyib.


Sənətçi Xalq artisti Tünzalə Ağayevanın “Toy müğənnisi ilə aramda fərq olmalıdır. Tamaşaçı bizi eyni rəngə boyamamalıdır” fikirlərinə etiraz edib:


“Tünzalə xanımın ifasını dinləmirəm. Amma qızım gənc olduğundan onun ifalarını dinləyir, bəyənir. Mən xalq mahnılarını, muğamları, toy mahnılarını dinləyirəm, oxuyuram. Bəzi sənətçilər müğənniləri toy və konsert kateqoriyalarına böləndə nə qazanırlar? Tünzalə məndən böyükdür, yerlimdir. Amma onun bu fikirləri ilə qəti şəkildə razılaşmıram.


Xumar Qədimova, Nazpəri Dostəliyeva, Könül Kərimova, Mətanət İsgəndərli, Nazənin Salayevanı dinləmişəm, indi də dinləyirəm. Bu sənətçilər toy müğənniləridir? Nazpərinin, Xumarın, Könülün konsertlərindən danış... Bu sənətçilər toyları söküb-dağıdırlar, insanların sevgisini qazanıblar. Onlarla hər zaman el şənliklərində çıxış edirəm. Onların içində hansının hörməti yoxdur? Müğənniləri A, B, C kateqoriyalarına bölürlər. O mikrofonu mən də alıram əlimə.


Toy aparmağa hünər lazımdır. Hər kişinin işi deyil el şənliyində yüzlərlə insanın qarşısında dayanmadan çıxış etmək. Bu gün 35 yaşım var. 22 yaşımdan bu sənətdəyəm. Xanəndə Qəzənfər Abdullayevin tələbəsi olmuşam. Vokal müəllimim isə Esmiralda xanım olub. Mən pop janrının müğənnisi deyiləm. Amma istəsəm, pop da oxuyaram. Səs imkanlarım buna yol verir. Mənim yolum muğamlarımızdır. Bu yolu özümə seçmişəm, bundan da pul qazanıb, dolanıram”.(Oxu.az)

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top