Ermənistanın səhiyyə naziri avtomobillə uşaq vurdu

DÜNYA 13 iyn 2020, 16:26

Ermənistanın səhiyyə naziri Arsen Torosyan idarə etdiyi şəxsi avtomobili ilə uşaq vurub.


Demokrat.az xəbər verir ki, bu barədə o, “Facebook” səhifəsində yazıb.

 

“Özüm uşağı xəstəxanaya apardım. Lazım olan bütün müayinələrdən keçdi. Sağ dirsəyi yaralanıb. Həyatı üçün təhlükə yoxdur”, - o, yazıb.


Hadisə iyunun 13-də baş verib. Uşağın 10 yaşı var.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top