Teymur Mustafayev torpağa tapşırıldı

ŞOU-BİZNES 12 iyn 2020, 10:05

Xalq artisti, Prezident təqaüdçüsü Teymur Mustafayev dəfn olunub.


Demokrat.az xəbər verir ki, T.Mustafayev doğulduğu Cəlilabad rayonunun Alar kənd qəbiristanlığında - həyat yoldaşı və oğlunun məzarı yanında torpağa tapşırılıb.


Qeyd edək ki, Teymur Ağaxan oğlu Mustafayev iyunun 11-də 82 yaşında vəfat edib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi də T.Mustafayevin koronavirusdan öldüyünü açıqlayıb.


Xatırladaq ki, Xalq artistinin həyat yoldaşı Təbərrik Mustafayeva ötən il dünyasını dəyişib, oğlu Bakıxan Mustafayev isə 2007-ci ildə idarə etdiyi avtomobildə baş verən yanğın zamanı ölüb.(report.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top