Küləyin sürəti güclənib, Xəzərdə dalğanın hündürlüyü artdı — FAKTİKİ HAVA

SOSİAL 23 may 2020, 22:15

Saat 21:30-a olan məlumata əsasən Daşkəsən, Zaqatala, Quba, Qusar, Şəki, Şəmkir, Mingəçevir, Kişçayda (Şəki) yağış yağıb. 


Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında Milli Hidrometeorologiya Xidmətindən Demokrat.az-a verilən məlumata görə, şimal-qərb küləyi Neftçalada 35 m/s, Naftalanda 32 m/s, Gəncədə 28 m/s, Tovuz, Ağstafa, Tərtərdə 25 m/s, Yevlaxda 23 m/s, Ağdam, Xaçmazda 20 m/s, Abşeron yarımadası və Abşeron Dəniz rayonunda: Maştağada 38 m/s, Bakıda 30 m/s, Neft Daşlarında 29 m/s, Pirallahı, Qum adasında 25 m/s, Sumqayıt, Ələtdə 24 m/s, Binədə 23 m/s, Zabratda 20 m/s-dək güclənib. 


Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4,3 metrə çatıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top