İndiyədək 18 milyon maska satılıb

İQTİSADİYYAT 22 may 2020, 22:48

Bu günədək Azərbaycanda 24 milyon tibbi maska satışa çıxarılıb.


Demokrat.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib.


Qurum rəsmisinin sözlərinə görə, satışa çıxarılan maskalardan 18 milyonu satılıb.


"Əsas məsələ maskalardan istifadə ilə bağlıdır. Bu günədək 24 milyon maska satışa çıxarılıb, 18 milyonu satılıb. Maskalardan istifadə qapalı məkanlar, ictimai nəqliyyatda məcburi, açıq havada tövsiyə xarakteri daşıyır" -  deyə o, qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top