Bu şəxslər 190 manat ala bilmədi — SƏBƏB

SOSİAL 02 may 2020, 17:30

Birdəfəlik ödəmə (190 manat) ilə bağlı müraciət edən şəxslərdən 41 min nəfərin müraciət etdiyi zaman xarici ölkədə olduğu (aidiyyəti qurumların informasiya bazasından əldə edilmiş məlumatlar əsasında) müəyyən edilib.

 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, həmin vətəndaşlara birdəfəlik ödəmə verilməsindən imtina olunub və bu barədə onlara SMS göndərilib.

 
Qeyd edək ki, birdəfəlik ödəmə almaq üçün edilən bütün müraciətlərə müxtəlif dövlət qurumlarına məxsus olan ümumilikdə 25-dək elektron informasiya sistemlərindən əldə edilmiş məlumatlar əsasında baxılaraq, nəticəsinə əsasən obyektiv qərar verilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top