Ağciyər İnstitutunda karantin qaydalarının pozulması ilə bağlı AÇIQLAMA — VİDEO

SOSİAL 01 may 2020, 19:38

“Ağciyər İnstitutunda həkimlər arasında kütləvi tədbirin keçirilməsi barədə məndə məlumat yoxdur. Əgər bu hadisə düzdürsə, ciddi tədbirlər görüləcək”.

 

Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

 

O qeyd edib ki, qaydalara əməl etməyən tibb müəssisələri ilə bağlı son dövrlər tədbirlər görülüb:

 

“Bizim həkim həmkarlarımızın əksəriyyəti fədakarcasına xidmət göstərir. Bütün sahələrdə olduğu kimi, qaydaları pozmağa cəhd göstərənlər, qaydalara məsuliyyətsiz yanaşanlar var.  Onlarla da mübarizə aparırıq. Bir neçə tibb müəssisəsinin rəhbərliyinin fəaliyyəti ölkə rəhbərliyinə məruzə olunub. Vəzifəsindən azad olunanlar, inzibati tənbeh, tənbeh tədbirləri alanlar var”.

 

O qeyd edib ki, Gəncə, Goranboy, Göygöl şəhərində də və digər şəhərlərdə - harada qaydalara əməl edilməyəcəksə, orada ciddi cəza tədbirləri görüləcək: 

 

“TƏBİB olaraq yeni yaranmış qurumuq. Biz fəaliyyətə başlamağımızın 27-ci günündən etibarən vətəndaşları qəbul etməyə başlamışıq. Aparatın bir qrup işçisi pandemiya ilə məşğuldur, bir qrup işçisi isə bölgələrdəki fəaliyyəti normallaşdırmaqla məşğuldur”, - deyə sədr vurğulayıb.

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top