Ayda 1000 dollardan çox qazanc var, amma işçi yoxdur

DÜNYA 29 apr 2020, 18:41

Türkiyədə koronavirusa qarşı görülən tədbirlər çərçivəsində sərhəd qapılarının bağlanması ilə ölkəyə xaricdən işləməyə gələn xarici əmək miqrantlarının də sayı sıfıra enib. Buna görə hazırda tarlalarda işləmə adam tapılmır.


Demokrat.az xəbər verir ki, Trabzonda çay tarlalarının sahibləri gündə 250 tl (təxminən 37 dollar) verməklə aylıq qazancı 7500 tl (1073 dollar) ilə fəhlə axtarsalar da, işçi tapılmır.


Rizə, Trabzon, Artvin və Girəsunda çay tarlaları sahibləri məhsulun yığılmasına az qalsa da, tarlaya çıxaracaq adam tapmadıqlarından gileylənirlər.Hər il xaricdən gələn 40 min nəfər işçi bu il onlara kömək edə bilməyəcəyinə görə tarla sahibləri çıxış yolları axtarmaqdadırlar.(bizimyol.info)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top