Baş nazirin qərarı ilə sənədlərə dəyişiklik edildi

SOSİAL 25 apr 2020, 21:57

"Çətin həyat şəraitində hesab edilmənin əsasları üzrə şəxsin (ailənin) çətin həyat şəraitində olmasını təsdiq edən sənədlərin siyahısı"na dəyişiklik edilib.


Demokrat.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.


Sənədlə siyahının 2.1.7-ci yarımbəndində dəyişiklik olub.


Belə ki, övladlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən, habelə tərbiyə etməkdən və ya hüquq və mənafelərinin müdafiəsindən imtina etməsi barədə valideynlərin notarial qaydada təsdiq edilmiş ərizəsi valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağın çətin həyat şəraitində olmasını təsdiq edən sənədlər siyahısına daxil edilib.


İndiyədək həmin bənd aşağıdakı kimi idi:


"Uşaqlarını tərbiyə, müalicə, əhaliyə sosial xidmət və digər analoji müəssisələrdən götürməkdən, habelə tərbiyə etməkdən və ya hüquq və mənafelərinin müdafiəsindən imtina etməsi barədə valideynlərin notarial qaydada təsdiq edilmiş ərizəsi".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top