İcra başçısı koronavirusa görə tibbi testdən keçdi — Nəticə açıqlandı

SOSİAL 23 apr 2020, 17:36

İsmayıllıda 120-yə yaxın yerli sakin koronavirus şübhəsi ilə rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

 
Demokrat.az-ın məlumatına görə, qızdırma və öskürəkdən şikayətlənən sakinlərin hər birindən laborator müayinə üçün yaxma nümunələr götürülüb. Analizlərin nəticəsinə əsasən onlarda koronavirus infeksiyası aşkarlanmayıb.

 
Bundan başqa, İsmayıllının yeni icra başçısı Nahid Bağırov və İcra Hakimiyyətinin digər işçiləri koronavirusa görə testdən keçiblər. Onlarda da virusa yoluxma aşkar edilməyib.

 
Ümumilikdə isə indiyədək İsmayıllıda COVİD-19 pandemiyasına yoluxma faktı qeydə alınmayıb.(azvision.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top