Deputata məxsus şirkətdən xəbər var

SOSİAL 23 apr 2020, 11:58

"Embafinans" QSC bank olmayan kredit təşkilatı nizamnamə kapitalını 2 dəfə artıraraq 10 milyon manatdan 20 milyon manata çatdırmağı planlaşdırır.

 
Demokrat.az-ın xəbərinə görə, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 1 000 manat olan 10 min ədəd adi səhm buraxılacaq.

 
Qiymətli kağızlar "Azfinance İnvestisiya Şirkəti" QSC-nin vasitəçiliyi ilə, qapalı üsulla yerləşdiriləcək.

 
Xatırladaq ki, "Embafinans" 2012-ci ildə yaradılıb. BOKT-un səhmlərinin 60%-i Elşad Abbasova, 40%-i isə Milli Məclisin üzvü Məşhur Məmmədova məxsusdur.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top