Təranə və Musa karantini Qubadakı villasında keçirir: "Evimiz "Ermitaj"a bənzəyir" — VİDEO

ŞOU-BİZNES 17 apr 2020, 13:42

Təranə Qumral və Musa Musayev karantin günlərini Qubada yerləşən bağ evində keçirən məşhurlardandır.


Demokrat.az xəbər verir ki, Xəzər TV-də yayımlanan “Səni axtarıram” proqramı “Skype” vasitəsilə onların qonağı olub.


“Biz bir-birimizdən ayrı qalanda darıxırıq. Hazırda Qubadakı bu villamızın içi çoxdan təmir olunub, amma həyətimizi təmir edə bilmirik. Bir aya yaxındır ki burada qalırıq. Qubada sakitlikdir. Villamız meşənin içindədir. Buranın havası çox təmizdir. Bakıda biz bina evində qalırıq, bağ evimiz yoxdur. Ona görə də rayona gəlmişik”.


T.Qumral evinin dizaynını Sankt-Peterburq şəhərində yerləşən məşhur Ermitaj muzeyinin interyeri kimi düzəltdiyini söyləyib: “Bizi izləyən insanlar evimizə baxıb deyərlər ki, Təranənin zövqü yoxdur. Ermitaj muzeyində olanda oranın interyerini çox bəyəndim. Klassikanı çox sevirəm. Çalışdım ki, bənzərlik olsun”.(open.az)

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top