"Facebook"dan yeni qərar: "Like" qoyarkən EHTİYATLI OLUN!

DÜNYA 17 apr 2020, 13:55

"Facebook" sosial media şirkəti yeni növ koronavirus (Covid-19) barədə zərərli məlumatları paylaşan və ya onları bəyənənlərə "xəbərdarlıq" bildirişi göndərəcək.


Demokrat.az xəbər verir ki, bu barədə sosial şəbəkə rəhbərliyi qərar qəbul edib.


Artıq sosial platformada Covid-19 barədə səhv məlumatları "like" edən və ya bu statuslara şərh yazan istifadəçilərə gələn həftədən etibarən xəbərdarlıq bildirişləri gələcək.


İstifadəçilərin virusla əlaqəli saxta və ya düzgün statuslarını dəqiqləşmək məqsədilə məlumatlar Ümumdünya Səhiyyə Təşkilatının səhifəsinə yönləndiriləcək.


"Facebook" media şirkətinin bəyanatında qeyd olunur ki, xəbər lentində Covid-19 informasiya mərkəzində etibarlı məlumatlara əsaslanan elmi məqalələri özündə cəmləşdirən "Faktları Öyrənək" adlı yeni bir tətbiq də fəaliyyətə başlayacaq.


Qeyd edək ki, sosial platformada Covid-19 haqqında yalan məlumatlar və ya iddialar silinməkdədir.(baku.ws)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top