Azərbaycanlı aktyor koronavirusdan sağaldı

ŞOU-BİZNES 11 apr 2020, 13:42

Koronavirusa yoluxan azərbaycanlı aktyor Yasin Həzirə sağalıb.

 
Demokrat.az-ın xəbərinə görə, çətin günlər keçirən aktyor bu xəstəlikdən sonra həyata baxışının dəyişdiyini deyir: 

 
"Hər şeyin daha gözəl olacağına, bundan sonra həyatı, insanları daha çox sevib, daha yaxşı insan olub, boş seyləri özümüzə problem etməyib, anlamlı bir həyat yaşayacağımıza inanıram".

 
Aktyor virusa Türkiyədə yoluxmuşdu. Hazırda vəziyyəti yaxşıdır və orqanizmi bərpa olur.

 
Martın 14-dən İstanbulda olan aktyor yollar bağlandığı üçün Bakıya qayıda bilməmişdi. Virusun ona otaq yoldaşından keçdiyini və COVİD 19 testinin pozitiv çıxdığını açıqlamışdı.

 
Qeyd edək ki, Yasin tamaşaçılara "Dağıntılar altında" serialından tanışdır.(baku.ws)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top