Qızı Oqtay Şirəliyevin ünsiyyətdən qaçma səbəbini açıqladı

SOSİAL 02 apr 2020, 11:16

"Mənim atam görkəmli dövlət xadimidir, fantastik, Allah vergisi olan həkim, həddindən artıq müdrik, güclü və incə bir insandır. Bu qədər, nöqtə". 


Demokrat.az xəbər verir ki, Səhiyyə naziri Oqtay Şirəliyevin qızı Moskva vilayəti qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun professoru Nərmin Şirəliyeva APA-ya müsahibəsində belə deyib.


Nərmin xanım atasının mətbuata açıq olmamasının səbəbini bu cür izah edib: “Bir qayda olaraq, əslində, incəsənətdə əhəmiyyətli şəxsiyyətlər ünsiyyətə qapalıdırlar. Onlar hər kəsə ardıcıl müsahibə vermirlər, tədbirlərdə görünmürlər. Onlar işləyirlər. Onlar haqqında əməklərinin nəticəsi danışır. Özünüpiar və mətbuatda görsənmək başqalarının işidir”.


Beləcə atasını əhəmiyyətli incəsənət xadimi kimi təqdim edən Nərmin xanım jurnalistlərə maraqlı tövsiyələrdə bulunmağı da yaddan çıxarmayıb: “Jurnalistlərə tövsiyə edərdim ki, rəsmi məlumat, statistika üçün Azərbaycanın Səhiyyə Nazirliyinə sorğu göndərsinlər: demoqrafik məlumatlar necədir, ciddi xəstəliklərin müalicəsi faizi nə qədərdir, başqa ölkələrə müalicəyə getməyi dayandıran vətəndaşların sayı nə qədərdir, nə qədər yeni xəstəxana tikilib və s. Qoy bu məlumatları təhlil etsinlər, iş və məsələnin mahiyyəti haqqında ciddi məqalələr yazsınlar”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top