Sosial

Vahid Əhmədov seçkilərdən sonra Qubada vətəndaşlarla ilk qəbul-görüşünü keçirib — FOTOLAR

Vahid Əhmədov seçkilərdən sonra Qubada vətəndaşlarla ilk qəbul-görüşünü keçirib — FOTOLAR

Millət vəkili Vahid Əhmədov növbədənkənar Parlament seçkilərinin nəticələri təsdiq edildikdən dərhal sonra Qubada seçiciləri ilə ilk görüş və qəbulunu keçirmişdir.

Seçki ərəfəsi, təbliğat-təşviqat kompaniyası zamanı əhali ilə görüşlərdə onlar tərəfindən deputata ünvanlanmış çoxsaylı sual və xahişlərin icrası haqqında seçicilərinə ətraflı məlumat verən millət vəkili qeyd etmişdir ki, bütün məsələlər qeydiyyata alınmış, aidiyyəti dövlət qurumlarına sorğular göndərilmiş və ilk müsbət cavablar alınmaqdadır. Millət vəkili həmçinin Qəçrəş və Zizik kənd sakinlərinin müraciəti nəzərə almış, kənd məscidlərinin təmirinə öz dəstəyini vermişdir. Qeyd edilmişdir ki, görüşlər zamanı qaldırılmış bütün təklif və müraciətlər üzərində iş bundan sonrada davam etdiriləcəkdir.

Seçicilərin xahişi nəzərə alınaraq onlar deputat tərəfindən təkbətək qəbul edilmişlər. Ümumilikdə 78 seçici millət vəkili tərəfindən qəbul edilmişdir. Mənzillərin təmiri, ev tikintisi üçün inşaat materiallarının ayrılması, işə qəbul, müxtəlif məqsədlər üçün torpaq sahələrinin ayrılması, yaz tarla işlərinin görülməsi üçün aidiyyatı idarələr tərəfində köməkliyin göstərilməsı və s. məsələlər əhalini narahat edən əsas problemlərdən olmuşdur.Bütün deyilmiş suallar köməkçi tərəfindən qeydiyyata alınmış, həlli istiqamətində hərəkətlər müəyyənləşdirilmişdir.

Qəbuldan sonra rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev ilə görüşən millət vəkili qəbul zamanı deyilmiş məsələlər barəsində fikir mübadiləsi aparmış, rayonda uğurla aparılan quruculuq işləri ilə tanış olmuşdur.

Növbəti qəbul aprel ayına planlaşdırılmışdır.

Demokrat.az

D
demokrat.az