Lökbatanda 10 yaşlı qızın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi barədə şahidlər və uşağın atası danışıblar.
Demokrat.az "Xəzər" TV-yə istinadən xəbər verir ki, şahidlərin sözlərinə görə, qız hadisədən əvvəl stadionda futbol oynayırmış. Müəlliminin topu götürməyi tapşırmasından sonra uşaq topun düşdüyü istiqamətə gedib. O, yolu keçmək istəyərkən avtomobil onu vurub.
Şahidlər bildiriblər ki, zərbədən sonra yerə yıxılan uşaq ayağa qalxaraq axsaya-axsaya yolun kənarına doğru hərəkət edib. İddialara görə, qadın sürücü avtomobili yenidən hərəkətə gətirərək uşağın üzərindən keçib.



