Azərbaycanda qadın böyrək transplantasiyasına ehtiyacı olan həyat yoldaşına donor olub.
Demokrat.az oxu.az-a istinadən xəbər verir ki, Gəncə sakini, 1975-ci il təvəllüdlü Namiq Səidovun böyrəklərində yaranan problem səbəbindən həkimlər ona orqan transplantasiyasını tövsiyə ediblər.
Bundan sonra onun həyat yoldaşı, 1976-cı il təvəllüdlü İradə Səidova könüllü şəkildə donor olmaq qərarına gəlib və böyrəyini həyat yoldaşına verib.
Hər iki cərrahi əməliyyat uğurla həyata keçirilib.
Məlumata görə, Namiq Səidov Birinci Qarabağ müharibəsinin iştirakçısıdır.


