"Azərbaycan müstəqilliyi bərpa etdiyi dövrdə xarici dövlətlərin də, məlum dövlətlərin də dəstəyi ilə Ermənistan Azərbaycan torpaqlarını işğal etdi və Azərbaycan xalqına qarşı hərbi cinayətlər törədildi. Milyona yaxın soydaşımız həm Ermənistandan, həm də Qarabağ və ətraf rayonlardan deportasiya olundu. Soyqırım, Xocalı soyqırımı həyata keçirildi və bu cinayətləri törədən şəxslərin əhəmiyyətli hissəsi hələ də azadlıqdadır. Xüsusilə də Ermənistanın üç keçmiş prezidenti Ter-Petrosyan, Köçəryan və Serj Sarkisyan hələ də azadlıqdadır. Doğrudur, bu cinayətlərdə iştirak eləmiş bəzi şəxslər Bakıda mühakimə olundular və layiq olduqları cəzalara çatdırıldılar. Amma bu şəxslər hələ də öz layiq olduqları cəzanı almayıblar".
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Onun sözlərinə görə, BMT bir struktur olaraq öz qərarlarının icrasını həyata keçirmək üçün mexanizmlər qurmadıqca, onun beynəlxalq nüfuzu da şübhə altına alınacaq və məhz ikili standartlar və BMT qərarlarının icra mexanizminin olmaması və BMT-nin böyük dövlətlərin əlində bir vasitəyə çevrilməsi onun həm beynəlxalq təşkilat kimi nüfuzunu aşağı salır, eyni zamanda məhz bu durum dünyada qlobal təhlükəsizliyin təmin olunmasında, savaşların qarşısının alınmasında hansısa bir rolunun olmamasına gətirib çıxarıb:
"O baxımdan nə qədər ki BMT-də islahatlar getməyəcəkşə və bu islahatlar nəticəsində BMT-nin qəbul etdiyi qərarların icrası təmin olunmayacaqsa, belə bir mexanizm qurulmayacaqsa, şübhəsiz ki, dünyada münaqişələr və müharibələr davam eləyəcək, bu da beynəlxalq təhlükəsizlik üçün ciddi problemlər yaradacaq.
Digər qurumlarda da biz eyni ikili standartları görməkdəyik, xüsusilə də Avropa təsisatlarında Avropa Şurası, Avropa Parlamentində biz faktiki olaraq işğal dönəmində işğalçı Ermənistanın dəstəkləndiyinin şahidi olduq. Bu ikili standartlar, xüsusilə də Azərbaycanın 2020-ci ildə həyata keçirdiyi əks-hücum nəticəsində torpaqlarının işğaldan azad olunması və ərazi bütövlüyünün təmin olunması, suverenliyin təmin edilməsi həmin çevrələrdə də müəyyən narazılıq yaradıb və onlar bunun əleyhinə çıxış etməkdədirlər. Bu baxımdan dünyada ikili standartlar aradan götürülməyə neqədər və beynəlxalq təşkilat və əsas təşkilat olaraq BMT öz içərisində islahatlar aparmayana qədər alınan qərarların icra mexanizmi yaradılmayana qədər dünyada gərginlik qalmağa davam eləyəcək".


