Sosial

Bakının bəzi ərazilərində qaz olmayacaq

Bakının bəzi ərazilərində qaz olmayacaq

Bu gün Bakının Nizami rayonunun dörd küçəsində qaz təchizatı dayandırılacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Məlumata görə, Təmir-bərpa işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Nizami rayonunun M. Abbasov, K. Balakişiyev, Nəsimi, Ə. Əzimzadə küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.